Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclası keçirilib
Dövlət başçısı 2010-cu ildə də Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini, cari ilin ilk 3 ayında ÜDM-in 5,4 %, sənaye istehsalının 5,6 %, qeyri-neft sektorunun 2,8 % və kənd təsərrüfatının 1,5 % artdığını, inflyasiyanın 3,8 % səviyyəsində olduğunu bildirib.
Əhalinin banklara qoyduğu vəsaitlərin 30 % artdığını vurğulayan prezident Azərbaycanın strateji valyuta ehtiyatlarının 22,3 milyard dollar təşkil etdiyini deyib. Dövlət investisiya proqramının və ölkənin sənaye potensialının möhkəmləndirilməsinin müvəffəqiyyətlə icra edildiyini, sosial proqram və layihələrin həyata keçirilməsində heç bir problemin olmadığını vurğulayan dövlət başçısı cari ildə respublikamızda gəmiqayırma zavodunun bünövrəsinin qoyulmasını, müdafiə sənayesi üzrə 2 yeni müəssisənin fəaliyyətə başlamasını və digər silsilə obyektlərin istifadəyə verilməsini böyük uğur kimi dəyərləndirib. Prezident İ. Əliyev dünya iqtisadiyyatında maliyyə və iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycanın sürətli inkişafını davam etdirməsinin iqtisadiyyatın şaxələndirilməsi və ölkəmizin rəqabətə davamlı olması ilə əlaqələndirib.
Dövlət başçısı Dünya İqtisadi Forumunun informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə Azərbaycanı MDB ölkələri arasında 1-ci yerə layiq görməsini də böyük uğur kimi qiymətləndirib.
Prezident İlham Əliyev bundan sonra da sosial məsələlərin həllinə dövlətin xüsusi diqqət göstərəcəyini, cari ildə də əmək haqqı və pensiyaların artırılacağını, regionlarda içməli su, kanalizasiya və digər sahələr üzrə bir sıra layihələrin reallaşdırılacağını bildirib.
Vergilər naziri Fazil Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov cari ilin 3 ayında görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
İclasa yekun vuran prezident İ. Əliyev ölkədə makroiqtisadi sabitliyin möhkəmləndirilməsi və əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün növbəti tapşırıqlarını verdi. Keyfiyyətsiz məhsulların satışına nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlərin daha da ciddiləşdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı infrastruktur, ekologiya və digər sahələr üzrə layihələrin genişləndirilməsinin zəruriliyini bildirib. Bakı buxtasının təmizlənməsi ilə bağlı kompleks təkliflərin hazırlanmasını tapşırıb.
Prezident möhtəşəm və bənzərsiz layihəsi ilə seçilən Dövlət Bayrağı Meydanın bu il istifadəyə veriləcəyini deyib. Azərbaycanın neft strategiyasını uğurla reallaşdırıldığını deyən dövlət başçısı ölkəmizin ixrac potensialının genişlənməsi ilə əlaqədar təbii qazın yeni ixrac marşrutları üzrə tədbirlərin davam etdirildiyini və respublikamızın “Cənub dəhlizi” çərçivəsində bütün layihələri tam dəstəklədiyini vurğulayıb.
Bu il Azərbaycanın qaz anbarlarının tutumunun 3 milyard kubmetrə qədər artırılacağını deyən prezident ölkəmizlə Türkiyə arasında təbii qazın satışı ilə bağlı danışıqların qarşılıqlı maraqlara və beynəlxalq təcrübəyə əsaslanmasını ən düzgün variant hesab etdiyini bildirib.
Rusiyaya satılan təbii qazın həcminin artırılması üçün ölkəmizin real imkanlara malik olduğunu qeyd edən dövlət başçısı İranla da bu istiqamətdə danışıqların aparıldığını söyləyib. Prezident İlham Əliyev qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb