Bank Of Baku

Əli Həsənov: “Seçkilərin bütün mərhələlərində bütün namizədlərə Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq”

Əli Həsənov: “Seçkilərin bütün mərhələlərində bütün namizədlərə Seçki Məcəlləsinə müvafiq olaraq sərbəst toplaşmaq üçün lazımi şərait yaradılacaq”
# 15 aprel 2010 07:54 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyanın (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlunun aksiya keçirmək üçün ayrılan yerlərin sayının artırılması barədə fikirlərinə münasibət bildirən Ə. Həsənov bunları deyib: “Bu məsələyə baxılmır. Seçki kampaniyası dövründə belə yerlər ayrılacaq və əvvəlcədən KİV-də bu barədə məlumat veriləcək”.

“Seçki Məcəlləsinə dəyişikliklər ediləcəkmi” sualına cavabında PA şöbə müdiri bildirib ki, Azərbaycan Seçki Məcəlləsi Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların tövsiyələri və iştirakı ilə hazırlanaraq qəbul olunub: “Onlar indiyə qədər də bəyan ediblər ki, bu Seçki Məcəlləsi ilə demokratik seçkilər keçirmək mümkündür. Seçki Məcəlləsi Avropa standartlarına cavab verir. Biz də bu gün onu dəyişmək zərurətini görmürük. Əgər belə təkliflər varsa, müzakirə oluna bilər. Amma bütövlükdə Seçki Məcəlləsinin dəyişdirilməsi günün mövzusu deyil”.

“Seçki komissiyalarının formalaşdırılmasında dəyişikliklər ola bilərmi” sualına isə Ə. Həsənovun cavabı belə olub: “Seçki Komissiyaları, seçki institutları ilə bağlı gələcəkdə hansısa addım atılacaqsa, bu, komissiyaların peşəkarlaşması məqsədi daşıyacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR