Bank Of Baku

Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında növbəti məsləhətləşmələr keçirilib

Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında növbəti məsləhətləşmələr keçirilib
# 15 aprel 2010 11:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratiya Uğrunda İttifaqla (DUİ) Müsavat Partiyası arasında növbəti məsləhətləşmələr keçirilib. KXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər müzakirə olunub. 2010-cu il parlament seçkilərində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bir sıra razılaşmalar əldə edilib? müzakirələrin davam etdirilməsi qərara alınıb.
Məsləhətləşmələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud Mirəlioğlu, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Xalq Partiyasının sədri Qiyas Sadıqov, Azadlıq Partiyasının sədri Əhməd Oruc və DUİ-nin parlament təmsilçisi, millət vəkili Pənah Hüseyn iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR