Bank Of Baku

Fransa Milli Assambleyasının nümayəndə heyəti YAP-ın qonağı olub

Fransa Milli Assambleyasının nümayəndə heyəti YAP-ın qonağı olub
# 15 aprel 2010 11:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov Fransa Milli Assambleyasının deputatı, Fransanın Avropa Birliyindəki nümayəndə heyətinin vitse–prezidenti və ATƏT Parlament Assambleyasının üzvü Terri Marianinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanla Fransa, eləcə də hakim partiyalar arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ə. Əhmədov son illər Azərbaycanda gedən iqtisadi inkişaf və onun nəticələri haqqında məlumat verib, qarşıdan gələn parlament seçkilərində növbəti dəfə qələbə qazanmaq üçün partiyanın həyata keçirdiyi fəaliyyəti qonaqların diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR