Bank Of Baku

Hafiz Hacıyev AŞPA prezidentinin müxalifətlə görüşündə baş verən narazılığın təfərrüatlarını açıqlayıb

Hafiz Hacıyev AŞPA prezidentinin müxalifətlə görüşündə baş verən narazılığın təfərrüatlarını açıqlayıb
# 15 aprel 2010 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Özünü radikal müxalifət hesab edən partiya funksionerlərinin AŞPA prezidenti Mövlud Çavuşoğlu ilə dünən keçirilən görüş barədə mətbuata verdikləri açıqlama həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H. Hacıyev bildirib ki, Avropa Şurasının Azərbaycandakı İnformasiya Nümayəndəliyində aprelin 14-də saat 17:00-a təyin edilən görüşə vaxtından əvvəl gəlib, burada Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Mövlud Çavuşoğlu ilə üçlükdə söhbət ediblər: “Görüşdə Arif Hacılı özü bildiyi tərzdə Azərbaycandakı vəziyyəti Mövlud Çavuşoğluna şərh etdi. Söhbət əsnasında Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan qapını açıb içəri keçmək istədi, amma onu içəri buraxmadılar. Məlum oldu ki, Əvəz Temirxan görüşə dəvətli deyil. Bir neçə dəqiqə sonra isə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və AXCP sədri Əli Kərimli görüş keçirilən otağa daxil oldular. Onlar məni görəndə donub qaldılar. Mövlud Çavuşoğluna dedilər ki, Hafiz Hacıyev burda olduğuna görüşdə iştirak etməyəcəklər”.

M. Çavuşoğlu bunun səbəbi ilə maraqlanıb: “Əli Kərimli və Əli Əliyev dedi ki, mən onların haqqında həmişə təhqiramiz sözlər işlətmişəm”.

H. Hacıyev baş verən hadisə barədə bəzi mətbuat orqanlarında yanlış informasiyanın yayıldığını da qeyd edib: “Təəssüf ki, Arif Hacılı da, Sərdar Cəlaloğlu da orada baş verənlər haqda yalan danışıblar. Bu siyasi riyakarlıqdır”.

O, həmçinin M. Çavuşoğlu ilə apardığı müzakirələri səmərəli adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR