Bank Of Baku

Əli Əliyev: “Parlament seçkilərində müxalifətin ümumi şəkildə dəstəklədiyi namizədlər siyahısının ortaya çıxmasında maraqlıyıq”

Əli Əliyev: “Parlament seçkilərində müxalifətin ümumi şəkildə dəstəklədiyi namizədlər siyahısının ortaya çıxmasında maraqlıyıq”
# 15 aprel 2010 14:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Biz maraqlıyıq ki, parlament seçkilərində müxalifətin ümumi dəstəklədiyi namizədlər siyahısı ortaya çıxsın. Ona görə də “Azadlıq” blokunun hazırlayacağı siyahıda digər müxalifət partiyalarının da namizədləri yer ala bilər”. Bunu APA-ya açıqlamasında Azadlıq blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib. Bu təklifin çox faydalı ola biləcəyini deyən Ə. Əliyevin sözlərinə görə, indiki halda “Azadlıq” blokunun nə qədər kənar namizədi dəstəkləyəcəyi barədə fikir bildirmək mümkün deyil: “Bu məsələdə mülahizə yürütmək doğru olmaz. Hələlik bizə belə təkliflər daxil olmayıb, amma nəzəri olaraq belə prinsiplə fəaliyyət göstərmək fikrimiz var və çalışacağıq ki, narazı elektoratın səsləri parçalanmasın və mümkün qədər daha çox namizəd müxalifətin əsas qüvvələri adından çıxış etsin”. Ə. Əliyev hazırda bloka daxil olan partiyaların ayrı-ayrılıqda namizəd siyahısı hazırladığını qeyd edib.

Digər müxalifət partiyaları ilə dairələr üzrə namizədlərin razılaşdırılması prinsipinə gəldikdə, Ə. Əliyev bunun müxtəlif variantlarının olduğunu qeyd edib: “Seçki blokları elan olunandan sonra prinsipləri razılaşdırmaq lazımdır. Müxtəlif cür mexanizmlər işlənə bilər. Sadə danışıqlardan tutmuş praymerizlərin keçirilməsinə kimi bir neçə variant var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR