Bank Of Baku

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nə və Meşə Məcəlləsinə dəyişikliklər edilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nə və Meşə Məcəlləsinə dəyişikliklər edilib
# 15 aprel 2010 21:34 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi”nə və Azərbaycan Respublikasının Meşə Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Fərman imzalayıb. Bu barədə APA AzərTac-a istinadən xəbər verir.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 970-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 173-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR