Bank Of Baku

Əli Həsənov: “Azərbaycan müstəqil dövlətdir, nəyi necə etdiyini də özü müəyyən edir”

Əli Həsənov: “Azərbaycan müstəqil dövlətdir, nəyi necə etdiyini də özü müəyyən edir”
# 16 aprel 2010 10:32 (UTC +04:00)
Parlamentdə təmsil olunan əksər partiyalar seçki komissiyalarına nümayəndələrini göndərib. Yeganə olaraq Müsavat Partiyası nümayəndə göndərməyib, ona aid olan yerlər boşdur”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında seçki komissiyalarında boş qalan yerlərlə bağlı suala cavabında bildirib.

Şöbə müdiri deyib ki, bu məsələni necə həll etmək parlamentin səlahiyyətindədir: “Parlamentin səlahiyyətindədir ki, seçki komissiyalarında boş olan yerlərə digər namizədlərin təyin olunması məsəlinə baxsın, yaxud baxmasın”.

Beynəlxalq təşkilatların seçki komissiyalarının formalaşması barədə tövsiyələrinə münasibət bildirən Ə. Həsənov bunları deyib: “O tövsiyələr ki, həqiqi mənada Azərbaycanda seçki praktikasının yaxşılaşdırılmasına, həm qanunverici, həm digər hakimiyyət qollarının formalaşmasına yardım edir, eləcə də Azərbaycanın imicinə müsbət təsir göstərir, biz məmnuniyyətlə, onları qəbul edirik. O təkliflər ki, seçkilərin taleyini ayrı-ayrı insanların, təşkilatların iradəsindən asılı vəziyyətə salır və bəzən seçkilərin pozulmasına şərait yaradır, təbii ki, biz bu təklifləri qəbul edə bilmərik. Biz dövlətik və seçkilərin keçirilməsi dövlətin üzərindədir. Sabah seçki pozulanda heç bir Avropa təşkilatı bunun məsuliyyətin öz üzərinə götürməyəcək. Bunun məsuliyyəti Azərbaycan dövlətinin və seçki institutlarının üzərində qalacaq. Biz müstəqil dövlətik, nəyi necə etdiyimizi də özümüz müəyyən edirik. Eyni zamanda transmilli dünyanın bir hissəsi kimi dünya təşkilatların rəylərinə də diqqətlə yanaşırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR