Bank Of Baku

Azərbaycan prezidenti “Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Tədbirlər Planı haqqında” sərəncam imzalayıb

Azərbaycan prezidenti “Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Tədbirlər Planı haqqında” sərəncam imzalayıb
# 16 aprel 2010 17:11 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Respublika Uşaq Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Tədbirlər Planı” haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərəncam uşaq sağlamlığının qorunması sahəsində texniki xidmətlərin daha yüksək səviyyədə göstərilməsini təmin etmək məqsədi ilə imzalanıb. Sərəncamda Respublika Uşaq Xəstəxanasının əsaslı təmir və müasir avadanlıqla təchiz edilməsi üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə 3 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR