Bank Of Baku

Bahar Muradova İtaliyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri ilə görüşüb

Bahar Muradova İtaliyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri ilə görüşüb
# 17 aprel 2010 08:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova İtaliyanın təşkilatdakı nümayəndə heyətinin sədri Rikkardo Milyori ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə B.Muradova Azərbaycanın dinamik inkişafı, eləcə də bölgənin tərəqqisinə ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, bu problemin həlli ilə bağlı mövqeyinə görə İtaliya dövlətinə və parlamentinə minnətdarlığını ifadə edib.

Bahar Muradova daha sonra Azərbaycan parlamentinin fəaliyyəti, qanunvericilik bazası, beynəlxalq təşkilatlar, eləcə də ATƏT PA çərçivəsində əməkdaşlığından söz açıb.

Rikkardo Milyori dünyada və Cənubi Qafqaz regionunda mövcud olan münaqişələrin beynəlxalq təhlükəsizliyə təhdid olduğunu vurğulayıb: “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın konstruktiv mövqeyini dəstəkləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR