Bank Of Baku

Milli Məclisin Latviya ilə parlamentlərarası işçi qrupunun üzvləri Riqaya səfər edəcək

Milli Məclisin Latviya ilə parlamentlərarası işçi qrupunun üzvləri Riqaya səfər edəcək
# 17 aprel 2010 08:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Latviya ilə parlamentlərarası işçi qrupunun rəhbəri Gültəkin Hacıbəyli və qrupun üzvləri – Aynur Quliyeva, İlyas İsmayılov, Dünyamin Xəlilov aprelin 19-da Latviyanın paytaxtı Riqaya səfərə gedəcəklər.

Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Latviya tərəfinin dəvəti ilə gerçəkləşəcək səfər zamanı millət vəkilləri ölkə Seyminin sədri, Seymin Hüquq komissiyasının rəhbərliyi, Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə qrupun üzvləri ilə, həmçinin Rezekne şəhər Dumasında bir sıra görüşlər keçirəcəklər.

Deputatlar latviyalı həmkarları ilə qanunvericilik orqanları arasında əməkdaşlığın inkişafı, informasiya, təcrübə mübadiləsi və s. məsələlər barədə fikir mübadiləsi aparacaqlar.

Səfər aprelin 22-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR