Bank Of Baku

Milli Məclisin deputatı Albaniyaya səfər edəcək

Milli Məclisin deputatı Albaniyaya səfər edəcək
# 17 aprel 2010 08:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Hüquqi və siyasi məsələlər komitəsinin iclasında iştirak etmək üçün aprelin 20-dən 23-dək Albaniyanın Durres şəhərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasın gündəliyinə təşkilata üzv ölkələrdə mülki aviasiyanın tənzimlənməsinin hüquqi aspektləri, Avropa Parlamenti ilə əməkdaşlığın perspektivləri və bir sıra təşkilatı məsələlər daxil edilib.

M.Qurbanlı tədbirdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR