Bank Of Baku

Arif Hacılı: “Növbəti aksiyanın yeri və forması ilə bağlı konkret fikir və taktika yoxdur”

Arif Hacılı: “Növbəti aksiyanın yeri və forması ilə bağlı konkret fikir və taktika yoxdur”
# 19 aprel 2010 09:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası kütləvi aksiyaları davam etdirəcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, növbəti aksiya ilə bağlı partiya bu günlərdə qərar qəbul edəcək. O, aksiyanın yeri və forması barədə yekun fikrin, konkret taktikanın olmadığını qeyd edib: “Növbəti aksiya ilə bağlı partiya Divanının və həmçinin Bakı şəhər təşkilatlarının müşavirəsində müzakirə aparılıb qərar qəbul ediləcək”.

A. Hacılı onu da bildirib ki, mitinq qərarı qəbul edilərsə, o zaman digər müxalifət partiyalarına aksiyada iştirak etmək üçün müraciət ediləcək. Demokratiya Uğrunda İttifaqın Müsavat Partiyasının keçirdiyi aksiyalarda iştirak etməklə bağlı qərarına gəldikdə, A. Hacılı bildirib ki, piketlərdə digər partiyaların iştirakı o qədər də vacib deyil: “DUİ gələcəkdə Müsavatın keçirəcəyi mitinq və yürüşlərdə iştirak edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR