Bank Of Baku

Müsavat Partiyasının Gənclər Təşkilatı kütləvi aksiya keçirmək istəyir

Müsavat Partiyasının Gənclər Təşkilatı kütləvi aksiya keçirmək istəyir
# 19 aprel 2010 12:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Gənclər Təşkilatı kütləvi aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan Dövlət Neft Akademiyasında ötən il baş vermiş terror aktının ildönümü ilə bağlı aprelin 30-da Cəfər Cabbarlının heykəlinin önündə tələbələrin və gənclərin həmrəylik mitinqinin keçirilməsi nəzərdə tutulur. Aksiyada “30 aprel tələbələr günü elan edilsin!”, “ADNA-da terror qurbanlarına xatirə abidəsi ucaldılsın!” şüarları səsləndiriləcək. Mitinqdə 2 min nəfərin iştirakı planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR