Bank Of Baku

Müsavat Partiyası kütləvi aksiyaların davam etdirilməsinə qərar verib

Müsavat Partiyası kütləvi aksiyaların davam etdirilməsinə qərar verib
# 19 aprel 2010 15:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Məclisin mayın 2-də keçiriləcək növbəti sessiyasının gündəliyi müzakirə edilib. Müsavatın aprelin 14-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi aksiyanın nəticələri və növbəti kütləvi aksiyalar barədə müzakirə aparılıb. Kütləvi aksiyaların davam etdirilməsi qərara alınıb və keçiriləcək növbəti kütləvi aksiyanın növü və vaxtının işçi qaydada məsləhətləşmələr aparıldıqdan sonra müəyyənləşdirilməsi nəzərdə tutulub.

İctimai-siyasi vəziyyətə dair məsələnin müzakirəsi zamanı Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammiti və Azərbaycanın bu tədbirə dəvət olunmaması müzakirəyə çıxarılıb. Divan Vaşinqtondakı Sammitdə Qarabağla bağlı müzakirələr zamanı Türkiyənin Azərbaycanın mənafelərini prinsipiallıqla müdafiə etdiyini qeyd edib, buna görə Türkiyəyə minnətdarlığını bildirib. Müsavat Partiyası Türkiyənin bu həssas dönəmdə prinsipial mövqeyinin davam edəcəyinə və Türkiyə-Azərbaycan birliyinin daha da güclənəcəyinə inandığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR