Bank Of Baku

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib

BAXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 19 aprel 2010 16:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda aprelin 24-də BAXCP üzvlərinin qeyd etdikləri Xilaskar Türk Əsgərinin anım günü müzakirə edilib. Bu il də Azərbaycan türklərini erməni soyqırımından xilas edən türk əsgərlərinin xatirəsinin anılması ilə bağlı qərar qəbul olunub. Qərara əsasən, BAXCP rəhbərliyi aprelin 24-də Şəhidlər Xiyabanında qəhrəman türk əsgərlərinə ucaldılmış abidəni ziyarət edəcək. İclasda Şimal Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkiləri müzakirə edilib və partiya Ulusal Birlik Partiyasının sədri Dərviş Əroğlunun qalib gəlməsi mühüm hadisə kimi dəyərləndirilib.

Bu gün, həmçinin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədova Azərbaycan güləşçilərinin Bakıda keçirilən Avropa çempionatında yüksək nəticə göstərmələri ilə bağlı təbrik məktubu ünvanlayıb. Q. Həsənquliyev Avropa çempionatının yüksək səviyyədə təşkilinə və idmançılarımızın əldə etdiyi nailiyyətlərə görə federasiya prezidentini təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR