Bank Of Baku

Milli Məclisdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun qəbul olunub

Milli Məclisdə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun qəbul olunub
# 20 aprel 2010 10:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bu gün keçirilən iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə edilərək qəbul olunub. APA-nın xəbərinə görə, sənəd haqqında parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, bu qanun Azərbaycanda torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir. Müzakirələrdən sonra sənəd qəbul edilib.
Parlament həmçinin “Azərbaycanla Qətər Dövləti Hökuməti arasında diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında" sazişi də təsdiqləyib.

Millət vəkilləri İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında sənədi də qəbul ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR