Bank Of Baku

ADP parlament seçkilərində təkbaşına iştiraka qərar verib

ADP parlament seçkilərində təkbaşına iştiraka qərar verib
# 20 aprel 2010 10:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Aprelin 20-də ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçirilən nüvə təhlükəsizliyi sammitində verdiyi bəyanatlar müsbət qiymətləndirilib. ADP rəhbərliyi son vaxtlar Azərbaycan iqtidarının ABŞ əleyhinə təbliğata başlamasını və rəsmi şəxslərin bu istiqamətdəki mesajlarını qeyri-effektiv və yanlış siyasət kimi qiymətləndirib. Partiya eyni zamanda ABŞ və digər Qərb dövlətlərini demokratiya və insan hüquqları məsələsində ikili standartlara son qoymağa, demokratik dəyərlərdən milli dövlətlərin suverenliyinə qarşı yönələn məqsədlər üçün istifadə etməməyə çağırıb.

İdarə Heyətində parlament seçkilərinə hazırlıq, ADP-nin bu seçkilərdə iştirakının formaları da müzakirə edilib və partiyadan olan namizədlərlə bağlı müəyyən fikir mübadiləsi aparılıb. İdarə Heyəti üzvlərinin əksəriyyəti müxalifətin böyük koalisiyasının yaranmadığını əsas götürərək ADP-nin seçkidə təkbaşına iştirakı, eyni zamanda digər müxalifət partiyaları ilə seçkilərə dair ümumi məsələlərdə əməkdaşlığın davam etdirilməsi barəsində ilkin razılığa gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR