Bank Of Baku

Əli Əhmədov: “Ermənistanla Azərbaycan arasındakı münaqişənin nəticələri aradan qaldırılmasa, Cənubi Qafqazda sülhün təmin edilməsi mümkün deyil”

Əli Əhmədov: “Ermənistanla Azərbaycan arasındakı münaqişənin nəticələri aradan qaldırılmasa, Cənubi Qafqazda sülhün təmin edilməsi mümkün deyil”
# 20 aprel 2010 11:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Regionda əmin-amanlığın, sabitliyin, əməkdaşlığın təmin edilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrinin aradan qaldırılması ilə bilavasitə əlaqədardır. Bundan kənarda Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsi mümkün deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov Azərbaycanın ABŞ-la birgə hərbi təlimlərdən imtina etməsinə münasibət bildirərkən deyib. Ə. Əhmədov hesab edir ki, bütün proseslər bu kontekstdə nəzərdən keçirilirsə, o zaman birinci olaraq münaqişənin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılmalıdır: “Bu gün üçün Azərbaycan cəmiyyətinin qəbul edə biləcəyi reallıqlar ondan ibarətdir ki, istənilən beynəlxalq qurumlarla Azərbaycanın münasibətlərinin kökündə dayanan çox vacib məsələlərdən biri də Azərbaycana qarşı haqsızlığa həmin təşkilatların və qurumların münasibətinin açıq şəkildə ortaya qoyulmasıdır. Əgər Azərbaycanın haqlı mövqeyi bu qurumlar tərəfindən müdafiə edilmirsə, onda Azərbaycan cəmiyyətinin bu münasibətlərin Azərbaycanın maraqlarına nə dərəcədə uyğun gəlməsi ilə əlaqədar sualları ortaya çıxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR