Bank Of Baku

Əli Əhmədov: “Müxalifət “Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə qadağalar qoyulub” təəssüratı yaratmaq üçün xoşagəlməyən oyunlardan çıxır”

Əli Əhmədov: “Müxalifət “Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə qadağalar qoyulub” təəssüratı yaratmaq üçün xoşagəlməyən oyunlardan çıxır”
# 20 aprel 2010 11:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müxalifətin şəhərin mərkəzi meydanlarına kütləvi aksiyalar təyin etməsinin məqsədi kifayət qədər natəmizdir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. Azərbaycanda istənilən partiyanın aksiya keçirməsi üçün şəraitin yaradıldığını, yerlər ayrıldığını bildirən Ə. Əhmədov bununla belə, müxalifətin ayrılan meydanlarda aksiya keçirməkdən imtina etməsi üçün bəhanələr irəli sürdüyünü bildirib: “Onlar aksiyalarında iştirak edən insanların az olacağını, aksiyanın baş tutmayacağını bildikləri üçün belə addım atırlar. Digər tərəfdən, bu, bir sıra beynəlxalq təşkilatlar qarşısında Azərbaycan hakimiyyəti haqqında xoşagəlməz rəy formalaşdırmaq məqsədindən xəbər verir.
Azərbaycanda mitinqlər üçün imkan və şərait var. Sadəcə olaraq müxalifət qeyd etdiyim kimi, aksiya keçirmək üçün lazım olan insanları toplaya bilmədiyi üçün müxtəlif bəhanələrlə “Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə qadağalar qoyulub” təəssüratı yaratmaq üçün xoşagəlməyən oyunlardan çıxır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR