Bank Of Baku

Yusif Bağırzadə AMİP-in katibi təyin edilib

Yusif Bağırzadə AMİP-in katibi təyin edilib
# 20 aprel 2010 13:48 (UTC +04:00)
Bakı – APA. AMİP-in sədr əvəzi, baş katib Fuad Muxtarovun sərəncamı ilə Yusif Bağırzadə partiyanın beynəlxalq əlaqələr üzrə katibi vəzifəsinə təyin edilib. AMİP-in mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, Y. Bağırzadə AMİP Nizamnaməsinin 62-ci maddəsinə uyğun olaraq tutduğu vəzifə ilə əlaqədar həm də Siyasi Şuranın üzvü kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Y. Bağırzadə 1995-2000-ci illərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini, 2003-2006-cı illərdə isə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR