Bank Of Baku

Baba Tağıyev Milli Məclisdə İnteqrasiya komitəsinin yaradılmasını təklif edib

Baba Tağıyev Milli Məclisdə İnteqrasiya komitəsinin yaradılmasını təklif edib
# 20 aprel 2010 14:39 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Milli Məclisdə İnteqrasiya daimi komitəsi yaradılmalıdır”. APA-nın xəbərinə görə, deputat Baba Tağıyev Milli Məclisin iclasında bu təkliflə çıxış edib. O bildirib ki, dünyanın əksər ölkələrinin, o cümlədən MDB ölkələrinin parlamentlərində inteqrasiya üzrə komitələr, komissiyalar fəaliyyət göstərir. B. Tağıyevin fikrincə, belə bir komitənin fəaliyyətə başlaması milli, çağdaş, islami dəyərlərin inkişafına təkan verər, Azərbaycanın Türkiyə və digər türkdilli dövlətlərlə, bütövlüklə çağdaş dünya ilə inteqrasiyasında böyük rol oynaya bilər: “Son proseslər göstərdi ki, Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycan dövlətinin arxasında dayaq və dəstək oldu. Yaradılacaq komitənin işində əsas diqqət Türkiyə ilə inteqrasiyaya yönəlməlidir. Təkcə elmi, mədəni, iqtsadi deyil, hərbi-strateji əməkdaşlıq da gücləndirilməliir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR