Bank Of Baku

Azərbaycan Milli Məclisində Türkiyə ilə viza rejiminin ləğv edilməsi məsələsi gündəmə gətirilib

Azərbaycan Milli Məclisində Türkiyə ilə viza rejiminin ləğv edilməsi məsələsi gündəmə gətirilib
# 20 aprel 2010 16:02 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin bugünkü iclasında Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv olunması təklifi səsləndirilib. APA-nın məlumatına görə, bu təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.

Q. Həsənquliyev deyib ki, hazırda Türkiyə Azərbaycanı beynəlxalq aləmdə ciddi formada dəstəkləyən tək dövlətdir: “Biz diplomatlar üçün o şəraiti yaradırıq ki, onlar Türkiyəyə sərbəst, vizasız gedib-gələ bilsinlər. Sadə vətəndaşların da qardaş ölkəyə sərbəst şəkildə gedib-gələ bilməsi üçün lazım olan şərait yaradılmalıdır. Eyni zamanda vətəndaşlarımız hansı ölkəyə daha çox gedirlərsə, həmin dövlətlərlə də viza rejiminin aradan qaldırılmalıdır. Bizim vətəndaşlarımızın ən çox getdiyi ölkə qardaş Türkiyədir, bu ölkə ilə viza rejiminin aradan qaldırılmamasının səbəbi nədir?”

Millət vəkili Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslərin sovet banklarında batmış əmanətlərinin geri qaytarılması istiqamətində addımlar atılması ilə bağlı da təklif səsləndirib: " Mən təklif edirəm ki, faşizm üzərində qələbənin 65 illiyi münasibətilə müharibə veteranlarının banklarda batmış əmanətlərinin qaytarılması haqqında qərar qəbul edək. Əmanətlərin qaytarılması üçün maksimum 10-15 milyon manat pul lazımdır. Bu bizim üçün o qədər də böyük məbləğ deyil və bu vəsaiti tapmaq mümkündü. Müharibə veteranlarının ömürlərinin ahıl çağında, həyatlarının böyük hissəsini yaşadıqları vaxtda bizim atacağımız bu addım onlara çox böyük bayram hədiyyəsi olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR