Bank Of Baku

Azərbaycan Prezidenti “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanuna dəyişikliklərin tətbiq edilməsi haqqında Sərəncam imzalayıb

Azərbaycan Prezidenti “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Qanuna dəyişikliklərin tətbiq edilməsi haqqında Sərəncam imzalayıb
# 20 aprel 2010 21:16 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə APA AzərTac-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, öz səlahiyyətləri daxilində “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 166-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR