Bank Of Baku

Azərbaycan Prezidenti bəzi fərmanlarına əlavə və dəyişikliklər edilməsi barədə Fərman imzalayıb

Azərbaycan Prezidenti bəzi fərmanlarına əlavə və dəyişikliklər edilməsi barədə Fərman imzalayıb
# 20 aprel 2010 21:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası prezidentinin bəzi fərmanlarına əlavə və dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb. Bu barədə APA AzərTac-a istinadən xəbər verir.

Fərmana əsasən:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.5.1-ci bəndinin səkkizinci abzasında “balıq və digər dəniz” sözləri “yeyinti” sözü ilə əvəz edilib.
2. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 574; 2005-ci il, № 7, maddə 592; 2008-ci il, № 8, maddə 719; 2009-cu il, № 4, maddə 226, № 7, maddə 528) 1-ci bəndinin ikinci abzasında “balıq və digər dəniz” sözləri “yeyinti” sözü ilə əvəz edilib.
3. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1051; 2008-ci il, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065; 2009-cu il, № 10, maddə 775, № 12, maddələr 983, 991; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 216 nömrəli Fərmanı) aşağıdakı əlavə və dəyişikliklər edilib:
3.1. 9-cu bənddə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin işçilərinin say həddi 52 ştat vahidi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin işçilərinin say həddi 135” sözləri “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti işçilərinin say həddi 172” sözləri ilə əvəz edilib;
Bundan əlavə, həmin Fərmanla təsdiq edilmiş Əlavə I - “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Strukturu”nun:
3.2.1. 2.2-ci bəndi aşağıdakı redaksiyada verilib:
“2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti;”;
3.2.2. 2.3-cü bəndi çıxarılsın;
3.3. həmin Fərmanla təsdiq edilmiş Əlavə II - “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin:
3.3.1. 3.1.86-cı bəndində “tabeliyində olan Antiinhisar Dövlət Xidməti” sözləri “Nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri ilə əvəz edilib;
3.3.2. 3.1.87-ci bəndində “tabeliyində olan İstehlak Bazarı üzrə Dövlət Xidməti” sözləri “Nazirliyin yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri ilə əvəz edilib;
3.3.3. 5.1-ci bəndində “tabeliyində olan Antiinhisar Dövlət Xidməti, İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti” sözləri “yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” sözləri ilə əvəz edilib;
3.3.4. 3.1.89-cu bənddə mötərizədə verilmiş “və ya nəzdində” sözləri çıxarılsın;
3.3.5. 3.1.90-cı, 4.4-cü, 5.2-ci, 5.8.2-ci, 5.8.3-cü, 5.8.4-cü və 5.8.7-ci bəndlərində “tabeliyində” sözündən sonra “(yanında)” sözü əlavə edilib.
4. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanından irəli gələn məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli 717 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 167) 3-cü bəndində “İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tabeliyində olan qurumları” sözləri “Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyindəki hüquqi şəxs olan qurumları” sözləri ilə əvəz edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR