Bank Of Baku

Prezident “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunda dəyişiklik edilməsini nəzərdə tutan qanunun tətbiqi ilə bağlı Fərman imzalayıb

Prezident “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanunda dəyişiklik edilməsini nəzərdə tutan qanunun tətbiqi ilə bağlı Fərman imzalayıb
# 20 aprel 2010 22:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 984-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayıb. Bu barədə APA AzərTac-a istinadən xəbər verir.

Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; öz səlahiyyətləri daxilində “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək; “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sənədlərin nümunəsinə, təsvirinə və spesifikasiyasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Həmin Fərmana əsasən müəyyən edilib ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR