Bank Of Baku

Ümid Partiyası mayın 1-nə mitinq təyin edib

Ümid Partiyası mayın 1-nə mitinq təyin edib
# 21 aprel 2010 09:45 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, iclasda partiyanın parlament seçkilərində iştirak edəcək namizədlərinin təsdiqi və kütləvi aksiyalara münasibət məsələsi müzakirə olunub. Toplantında daha 32 nəfərin parlament seçkilərində deputatlığa namizədliyi təsdiq edilərək ümumi siyahı 62-yə çatdırılıb. Digər namizəd iddiaçılarının məsələsinə Rəyasət Heyəti növbəti toplantısında baxılması qərara alınıb.

Toplantıda müxalifət partiyalarının mitinq və ya piket keçirmək qərarlarına qeyri-hüquqi yanaşılması, icazə verilməməsi və aksiyaların polis tərəfindən dağıdılması pislənilib. Daha sonra iclasda Ümid Partiyasının “Seçki öncəsi mühitin demokratikləşdirilməsi və Seçki Məcəlləsinin dəyişdirilməsi” tələbi ilə kütləvi aksiyasının keçirilməsi qərarı qəbul olunub, aksiyanın yeri, zamanı müəyyənləşdirilib və mitinq komitəsi yaradılıb. Bakı şəhər İcra Hakimiyyətinə mayın 1-də saat 15:00-da Nərimanov kinoteatrının qarşısında, keçmiş “Qələbə” kinoteatrının qarşısında və s. yerlərdən birində mitinq keçirilməsi ilə bağlı müraciət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR