Bank Of Baku

MSK dairə seçki komissiyalarının monitorinqini başa çatdırıb

MSK dairə seçki komissiyalarının monitorinqini başa çatdırıb
# 21 aprel 2010 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Mərkəzi Seçki Komissiyası (MSK) dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqini başa çatdırıb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aprelin 5-dən başlayaraq dairə seçki komissiyalarının fəaliyyətinin monitorinqinə başlanıb. Monitorinqlərin aparılması üçün MSK üzvlərindən və Komissiya Katibliyinin əməkdaşlarından ibarət 6 qrup yaradılıb. Həmin qruplar seçki prosesində DSK-ların üzərinə düşən vəzifələrin icrası, kargüzarlığın aparılması, DSK-ların maddi-texniki təchizatının vəziyyəti və s. məsələlərlə bağlı hərtərəfli yoxlamalar aparıblar. Monitorinqlər 125 seçki dairəsi dairə seçki komissiyasını əhatə edib. Hazırda monitorinqlərin nəticələri ilə bağlı MSK-da araşdırmalar aparılır və nəticələrə qurumun iclasında qiymət veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR