Bank Of Baku

Ümumxalq Qarabağ Toplantısının keçirilməsi tələbi irəli sürülüb

Ümumxalq Qarabağ Toplantısının keçirilməsi tələbi irəli sürülüb
# 21 aprel 2010 13:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında Demokratiya Uğrunda İttifaqın (DUI) təşkilatçılığı ilə Qarabağ forumunun növbəti toplantısı keçirilib. KXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda siyasi partiya, QHT nümayəndələri, Qarabağ müharibəsi veteranları iştirak edib. Forumda Azərbaycan iqtidarının Qarabağ siyasəti tənqid edilib və hakimiyyətdən torpaqların işğaldan qurtarılması üçün döyüş əməliyyatlarının bərpası da daxil olmaqla, qəti addımlar atmaq tələb olunub.
Yığıncaqda Milli Məclisin təşkilatçılığı ilə prezidentin, Milli Məclis sədrinin, güc strukturları rəhbərlərinin, Qarabağ müharibəsi əlilləri və veteranlarının, siyasi partiya rəhbərlərinin, QHT nümayəndələrinin, ziyalıların, gənclər təşkilatlarının təmsilçilərinin və ağsaqqalların iştirakı ilə Ümumxalq Qarabağ Toplantısının keçirilməsi tələbi irəli sürülüb. Forum iştirakçıları Azərbaycanın maraqlarını müdafiə etdiyinə görə Türkiyə Cümhuriyyəti hakimiyyətinə minnətdarlıq ifadə ediblər.
Sonda Qarabağ forumunun Əlaqələndirmə Qrupunun yaradılması barədə qərar qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR