Bank Of Baku

YAP İdarə Heyətinin iclası keçirilib

YAP İdarə Heyətinin iclası keçirilib
# 21 aprel 2010 14:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda YAP-ın son aylardakı fəaliyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı fikir mübadiləsi aparılıb. İclasda gündəliyə uyğun olaraq Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünün qeyd edilməsi ilə bağlı keçiriləcək tədbirlər müzakirə olunub. Həyata keçiriləcək tədbirlərin çoxşaxəli olmasının və cəmiyyətin bütün təbəqələrini əhatə etməsinin zəruriliyi xüsusi olaraq vurğulanıb.

İdarə Heyətinin iclasında həmçinin, YAP-ın rayon, şəhər təşkilatlarının aparat işçilərinin cari ilin mart-aprel aylarında keçirilmiş attestasiyasının nəticələri təhlil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR