Bank Of Baku

Arif Hacılı: “Parlament seçkilərində bizə güzəştə getmək üçün ADP-yə müraciət etmək fikrimiz yoxdur”

Arif Hacılı: “Parlament seçkilərində bizə güzəştə getmək üçün ADP-yə müraciət etmək fikrimiz yoxdur”
# 22 aprel 2010 10:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası parlament seçkilərində ona güzəştə getməsi üçün Azərbaycan Demokrat Partiyasına heç bir müraciət etməyib və belə bir fikrimiz də yoxdur”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ADP sədri Sərdar Cəlaloğlunun “Biz partiya olaraq hansısa liderə güzəştə getməyi düşünmürük” fikrinə münasibət bildirərkən deyib. A. Hacılının sözlərinə görə, S. Cəlaloğlu uzun müddət bloklar yaratmağa cəhd göstərib: “Amma bu alınmadıqda, təbii ki, seçkilərə təkbaşına getmək zorundadır. Belə bir bəyanat verib və onun mövqeyinə hörmətlə yanaşırıq. İşi avand olsun”.

S. Cəlaloğlu isə APA-ya bildirib ki, əslində ADP-nin belə bir mövqe tutması təbiidir: “Məlum olur ki, seçkilərdə 6-7 müxalifət qrupu iştirak edəcək. Bu qrup ən azı 300 namizəd irəli sürəcək və hər dairədə ən azı 3 namizəd olacaq. Bu da onu göstərir ki, biz bu mövcud konfiqurasiyaların 3-ü ilə razılaşa bilərik. Bunların 3-ü ilə razılaşıb, 3-ü ilə razılaşmamağımız bizim tərəf tutmağımız demək olur. Biz hamı ilə razılaşsaq, o zaman da bu o deməkdir ki, seçkilərdə iştirak etmirik. Vaxtında razılıq əldə etsəydik, o zaman namizədləri razılaşdırmaq mümkün olardı. Amma indiki halda bu, qeyri-mümkündür. Ona görə də bu mövzuda müzakirələr aparmağı mənasız hesab edirəm. Ya 3 nəfər alternativ olsun, ya da 6 nəfər, bunun heç bir mənası yoxdur. 6-7 qrupla razılıq əldə etmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR