Bank Of Baku

Həsən Kərimov: “Bakı şəhər İcra Hakimiyyəti istədiyimiz yerdə aksiya keçirməyə icazə verməsə, icazəsiz mitinq keçirəcəyik”

Həsən Kərimov: “Bakı şəhər İcra Hakimiyyəti istədiyimiz yerdə aksiya keçirməyə icazə verməsə, icazəsiz mitinq keçirəcəyik”
# 22 aprel 2010 12:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” bloku Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı yerlərdə mitinq keçirməyəcək. “Azadlıq” blokunda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, əgər BŞİH partiyanın təyin etdiyi yerlərdə aksiya keçirməyə icazə verməsə, o zaman icazəsiz mitinq keçiriləcək. H. Kərimov blokun aprelin 25-nə təyin etdiyi aksiyanın keçirilməsi üçün şəhər rəhbərliyinə 7 yerin təklif edildiyini bildirib. Bunlar “Azneft” meydanı, “Teleteatr”ın qarşısı, Parlament prospekti, Cavid bağı, “Nərimanov” kinoteatrının qarşısı, Cəfər Cabbarlı heykəlinin qarşısı və Sahil bağının ərazisidir: “Biz müəyyən etdiyimiz yerlərin birində aksiyanı keçirəcəyik. Bloka daxil olan partiyalar mitinqə tam hazırlaşıb, rayon-şəhər təşkilatlarında müşavirələr keçirilib və sabah mitinqə hazırlıq üzrə blokun yekun müşavirəsi olacaq”.

H. Kərimov aksiyaya icazə veriləcəyi halda vətəndaşların mitinqə dəvət olunacağını, əks halda isə icazəsiz aksiyada bloka daxil olan partiyaların üzvlərinin iştirak edəcəyini bildirib.

Ali Məclisin sədri şəhər rəhbərliyinin aksiya ilə bağlı müraciətə hələlik cavab vermədiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR