Bank Of Baku

Siyasi partiyaların namizəd irəli sürməsi proseduru sadələşdirilir

Siyasi partiyaların namizəd irəli sürməsi proseduru sadələşdirilir
# 22 aprel 2010 13:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda qurumun qəbul etdiyi bəzi normativ xarakterli aktlara dəyişikliklər müzakirə edilib. Dəyişikliklərlə bağlı qurumun katibi Natiq Məmmədov məlumat verib. MSK-nın əsasnaməsinə edilən əlavədə göstərilir ki, komissiyanın sədri komissiyanın adından çıxış edir, müqavilələr bağlayır. Milli Məclisə seçkilər zamanı təşəbbüs qruplarının yaradılması ilə bağlı, siyasi partiya və siyasi partiyalar blokunun qeydə alınması, namizədlərə imza vərəqələrinin verilməsi, seçici imzalarının torlanması və imza vərəqələrinin DSK-lara təqdim edilməsi ilə bağlı təlimatlara bir sıra əlavə və dəyişiklik edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, edilən əlavə və dəyişikliklər siyasi partiyaların namizəd irəli sürməsi prosedurunu bir qədər sadələşdirilir.

İclasda bir sıra Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR