Bank Of Baku

Məzahir Pənahov: “Dairə Seçki Komissiyalarında aparılmış monitorinqin nəticələri araşdırılır”

Məzahir Pənahov: “Dairə Seçki Komissiyalarında aparılmış monitorinqin nəticələri araşdırılır”
# 22 aprel 2010 14:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Dairə Seçki Komissiyalarında aparılan monitorinqlərin nəticəsi göstərir ki, yerlərdə komissiyaların fəaliyyəti qənaətbəxşdir, komissiyalar öz işini qanunauyğun qurub”. APA-nın məlumatına görə bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, monitorinqin aparılması MSK tərəfindən yaradılmış 6 qrup tərəfindən həyata keçirilib və 125 seçki dairəsinin hamısını əhatə edib.

M. Pənahov monitorinqin nəticələrinin araşdırıldığını və MSK-nın növbəti iclaslarında müzakirəyə çıxarılacağını qeyd edib. O, DSK-lar üçün yeni binalar tikildiyinə görə ölkə prezidentinə təşəkkür edib: «Seçki komissiyalarının üzvləri üçün daim treninqlər keçirilir və bunlar onların iş prosesinə ciddi təsir edir. Son iki ildə həyata keçirilən tədbirlər onların fəaliyyətində ciddi keyfiyyət dəyişikliyi ortaya qoyub. Aşağı seçki komissiyalarının fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində iş davam etdirilir, buna baxmayaraq, biz arxayınlaşmamalıyıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR