Bank Of Baku

“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisə tövsiyə olunub

“Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisə tövsiyə olunub
# 22 aprel 2010 14:21 (UTC +04:00)
APA-nın xəbərinə görə, iclasda komitənin sədri Ziyafət Əsgərov bildirib ki, hərbi qulluqçuların sosial statusunun gücləndirilməsi ilə əlaqədar olaraq “Hərbi qulluqçuların statusu haqqında” qanuna və Azərbaycanın 1997-ci il 3 oktyabr tarixli qanunu ilə təsdiq edilən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə yeni maddənin əlavə edilməsi təklif olunur: “Təklif olunan əlavədə deyilir ki, hərbi qulluqçu məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müəyyən edilmiş qaydada və məbləğdə ödənilir. Müzakirələr zamanı deputatlar və iclasa dəvət olunan mütəxəssislər bu əlavənin hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcəyini bildiriblər”.
İclasda, həmçinin “Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Bildirilib ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri rəy və təkliflər işçi qrupu tərəfindən bir daha nəzərdən keçirilib, bəzi təkliflər nəzərə alınaraq sənəd daha da təkmilləşdirilib.
Qeyd olunub ki, bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda ölkənin iştirakının əsaslarını və qaydasını müəyyən edəcək. Qanunda xüsusi vurğulanır ki, Azərbaycan sülhməramlı əməliyyatlarda iştirakının məqsədəuyğunluğunu, miqyasını və dərəcəsini müstəqil surətdə müəyyən edir.
Aparılan müzakirələrdən sonra qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR