Bank Of Baku

Məzahir Pənahov: “Bu il də Xankəndi dairəsində seçki keçirəcəyik”

Məzahir Pənahov: “Bu il də Xankəndi dairəsində seçki keçirəcəyik”
# 22 aprel 2010 14:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycanın Xankəndi seçki dairəsi var, həmin dairədən deputat seçilib və bu il də həmin dairədə seçki keçirəcəyik”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Dağlıq Qarabağ separatçılarının may ayında keçirmək istədikləri “parlament seçkiləri”nə münasibət bildirərkən deyib. M. Pənahov bəyan edib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərində erməni əsilli vətəndaşların iştirakı ilə bağlı yenidən müraciət ola bilər: “Onların seçkilərdə iştirak etməsi üçün şərait yaratmaq bizim borcumuzdur. Baxmayaraq ki, hələ tezdir, amma yenə də bəyan edirik ki, ötən seçkilərdə etdiyimiz müraciət qüvvədədir”.

Dağlıq Qarabağıda keçiriləcək seçkilərlə bağlı beynəlxalq təşkilatlara məlumat vermək məsələsinə gəldikdə, MSK sədri bildirib ki, ehtiyac yaranacağı halda bu addım da atılacaq: “İnsanlarda elə fikir yaranmasın ki, biz bu prosesləri çatdırmırıq. Beynəlxalq təşkilatların bu barədə məlumatları var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR