Bank Of Baku

Milli Məclisdə Rusiyanın Sankt-Peterburq şəhər hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisdə Rusiyanın Sankt-Peterburq şəhər hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib
# 22 aprel 2010 15:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisdə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda səfərdə olan Rusiyanın Sankt-Peterburq şəhər hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb. APA-nın xəbərinə görə, Azərbaycan parlamentinin qanunvericilik fəaliyyəti barədə məlumat verən Hadi Rəcəbli bildirib ki, müstəqillik dövründə parlamentdə iki mindən çox qanun qəbul edilib: “Gənclər siyasəti ölkəmizdə prioritet sahədir. Dövlət gənclərə və gənc ailələrə xüsusi qayğı göstərir. Ona görə də Milli Məclis bu sahəni tənzimləyən qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsinə, dövrün tələblərinə cavab verməsinə, həmçinin milli mentalitetə uyğun olmasına xüsusi diqqət yetirib” .

Görüşdə Azərbaycanla bağlı səfər təəssüratlarını bölüşən nümayəndə heyətinin başçısı, Sankt-Peterburq hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Əlaqələr Komitəsinin sədri Sergey Qrişin Azərbaycanda böyük inkişaf getdiyini vurğulayıb. O, Sankt-Peterburqda yaşayan azərbaycanlı gənclərlə də iş apardıqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR