Bank Of Baku

Azərbaycan prezidenti AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti AzərTAc-ın fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb
# 22 aprel 2010 17:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyev Azərbaycan haqqında məlumatların operativ və çevik yayılmasında, habelə dünyada baş vermiş hadisələr barədə ictimaiyyətimizin dolğun məlumatlandırılmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) xüsusi əhəmiyyətini nəzərə alaraq, onun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Dövlət Teleqraf Agentliyinin xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırılmalı, xarici dillərdəki informasiya baş redaksiyası nəzdində Multimedia və video xidməti yaradılmalı, əlavə olaraq alman, fransız və ərəb dillərində xəbərlər buraxılışları təmin edilməlidir. Nazirlər Kabinetinə iki ay müddətində yaradılacaq müxbir məntəqələrinin, yaradılmış multimedia və video xidmətinin fəaliyyətinin və xarici dillərdə xəbər buraxılışlarının təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirmə məsələlərini həll etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti Azərbaycan Dövlət Teleqraf Agentliyinin işçilərinin say həddini təsdiq etməli, agentliyə yeni inzibati binasının tikintisi məqsədilə müvafiq torpaq sahəsinin ayrılması üçün zəruri tədbirlər görməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR