Bank Of Baku

Azərbaycan prezidenti Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailələrinə birdəfəlik maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Böyük Vətən müharibəsi iştirakçılarına və onların ailələrinə birdəfəlik maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb
# 22 aprel 2010 17:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullyev-APA. Azərbaycan prezidenti İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncamda 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilməsi nəzərdə tutulur. Bu Sərəncamın icrası məqsədilə, Azərbaycanın 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan 8 milyon manat vəsait ayrılacaq. Maliyyə Nazirliyinə həmin vəsaiti Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürməyi yəmin etmək tapşırılıb. Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR