Bank Of Baku

Müxalifət partiyaları Dağlıq Qarabağdakı separatçı rejimin parlament seçkiləri keçirmək cəhdlərini pisləyir

Müxalifət partiyaları Dağlıq Qarabağdakı separatçı rejimin parlament seçkiləri keçirmək cəhdlərini pisləyir
# 23 aprel 2010 13:03 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində parlament seçkilərinin keçirilməsini pislənilir, partiyalar dünya birliyini qondarma qurumda keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı sərt münasibət bildirməyə çağırırlar: “Bəzi ölkələr separatçı rejimə dəstək nümayiş etdirmək məqsədilə keçirilən seçkilərə müşahidəçi göndərməkdən belə çəkinmirlər. Belə halların təkrarlanması isə həmin dövlətlərlə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə və separatçı meyllərin güclənməsinə xidmət edəcək”.

Müxalifət partiyaları Dağlıq Qarabağın separatçı rejiminin seçki keçirmək cəhdinin həm də regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu bildiriblər. Bəyanatda Azərbaycan hakimiyyətindən işğala son qoyulması və dövlət suverenliyinin bərpası istiqamətində qəti qərarlar verilməsini tələb olunub.

Sənədi Milli İstiqlal, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Klassik Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Demokrat, Ədalət və Vətəndaş Həmrəyli partiyaları imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR