Bank Of Baku

“Azadlıq” bloku mitinq qərarını dəyişib

“Azadlıq” bloku mitinq qərarını dəyişib
# 23 aprel 2010 18:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” bloku aprelin 25-nə təyin etdiyi mitinq qərarını dəyişib. Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsinə baxmayaraq, bu günə qədər bloka cavab verilməyib. Buna görə də blok aprelin 26-da BŞİH-nin binası qarşısında sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə razılaşdırılmamış aksiya keçirmək qərarı verib.

Qeyd edək ki, blok şəhər rəhbərliyinə “Azneft” meydanı, “Teleteatr”ın qarşısı, Parlament prospekti, Cavid bağı, “Nərimanov” kinoteatrının qarşısı, Cəfər Cabbarlı heykəlinin qarşısı və ya Sahil bağının ərazisində mitinq keçirilməsinə icazə verilməsi ilə bağlı müraciət etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR