Azərbaycanın müdafiə naziri: “Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir”
Nazir cari ildə Silahlı Qüvvələrin inkişafı və təkmilləşdirilməsi istiqamətində yeni keyfiyyət yüksəlişinə nail olunduğunu bildirib: “Birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Silahlı Qüvvələrin idarə edilməsi sisteminin kompleks şəkildə, bütün səviyyələrdə təkmilləşdirilməsi məqsədilə vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi üzrə işlər artan sürətlə davam etdirilib”.
General ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışaraq, tədris ilində birlik və birləşmələrin 70-dək komanda-qərargah təliminin keçirildiyini deyib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub, həmin təlimlərdə ən müasir tələblərə cavab verən simulyator və kompüter şəbəkələrindən fəal istifadə edilib.
S. Əbiyev Azərbaycan Silahlı Qüvvələri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların hərbi hissə və bölmələrinin 2009-cu ildə keçirilən birgə əməliyyat-taktiki təlimində qoşunların yüksək döyüş məharəti nümayiş etdirdiyini, döyüş hazırlığı prosesində hücum əməliyyatının aparılması, dağ şəraitində döyüş texnikası və silahların tətbiq edilməsinin üsul və metodlarının geniş öyrənildiyini, şəxsi heyətin bilik və bacarığının təkmilləşdirildiyini diqqətə çatdırıb.
2009-cu ildə kəşfiyyat imkanlarının yüksəldilməsi məqsədilə strateji və taktiki səviyyədə kəşfiyyatın qüvvə və vasitələrinin imkanlarının artırılması, idarəetmə sistemlərinin təkmilləşdirilməsi və kəşfiyyatın qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi üçün strateji və taktiki səviyyədə pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşun və xüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri alındığını bildirən nazir keçən il əlahiddə kəşfiyyat taborları üçün də yeni texnikanın alındığını, onları öyrənmək məqsədilə kurslar təşkil edildiyini, zabit və gizirlərə erməni dili kursu keçildiyini vurğulayıb: “2009-cu ildə Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti, müasir silah və texnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir yaylım atəşli reaktiv sistemləri ilə komplektləşdirilməsi nəticəsində yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsi imkanı yaradılıb. Artilleriya atışlarının yüksək dəqiqliklə hazırlanması üzrə meteoroloji stansiyalar istifadəyə verilib, qısa vaxt ərzində döyüş təyinatları rayonlarına vaxtında çıxışı təmin etmək məqsədilə top və qurğular yeni dartıcılarla təmin olunub. Hissə və bölmələrin optik hesablama cihazları, həmçinin radiolokasiya stansiyaları ilə təchiz olunması düşmənin hərəkətsiz və hərəkətli hədəflərini dəqiqliklə qısa müddət ərzində aşkar edilərək atəşlə zərərvurma vasitələrinə ötürülməsini təmin edib.
Keçən ilin sonuna istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə kompleksləşdirilib. Bu prosesin davam etdirilməsi üçün hazırda müasir tipli cihazların alınması və hərbi hissələrə təhvil verilməsi həyata keçirilməkdədir. Birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işləri aparılıb, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işləri başa çatdırılıb. Bunun nəticəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini hava şəraitindən asılı olmayaraq, gecə və gündüz məhv etmək imkanı əldə olunub. Yaxın zamanlarda tank əleyhinə raket sistemlərinin alınması nəticəsində düşmənin zirehli texnikasına zərərvurma imkanları qat-qat artırılıb. Yeni silah sistemlərinin alınması və quraşdırılması nəticəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Cənab prezident, Sizə məruzə edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisində hansı yerdə olmasına baxmayaraq, hər bir hədəfi məhv etməyə imkanı var”.
S. Əbiyev 2009-cu ilin sonuna Silahlı Qüvvələrin istifadəsinə təxminən 1 milyard ABŞ dollarından artıq dəyərdə silah və texnika verildiyini bildirib.
Müdafiə naziri Azərbaycan Ordusunun sosial təminatının daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də danışıb: “Hazırda müxtəlif hərbi qarnizonlarda sosial, mədəni və məişət obyektləri ilə birlikdə 5 hərbi şəhərcik kompleksi inşa edilir. Eyni zamanda, hərbi qulluqçular üçün ümumilikdə 627 mənzili olan yaşayış binalarının inşası davam etdirilir”.
S. Əbiyev Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və texnikanın modernləşdirilməsi, bu sahədə yeni silahların tətbiqi istiqamətində aparılan işlərdən də söhbət açıb: “Aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb”.
Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də tədbirlərin həyata keçirildiyini deyən nazir gəmilərdə müasir naviqasiya, rabitə, radar və hidroakustik vasitələrin quraşdırılması işləri aparıldığını, döyüş gəmilərinin mühərriklərinin yeniləri ilə əvəz olunması üzrə tədbirlərin planlaşdırıldığını qeyd edib: “Gəmi inşa və təmiri sektorunda 200 tonluq patrul kateri inşa olunub. Bu 200 tonluq kateri biz öz qüvvəmizlə özümüz inşa edib istifadəyə vermişik. O, indi də bizim Hərbi Dəniz Qüvvələrindədir. Eləcə də, 21 gözətçi gəmisi əsaslı təmir olunaraq yeni silah və texniki vasitələrlə təchiz edilib”.
S. Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin gücləndirilməsi üçün konkret işlərin görüldüyünü də deyib: “Azərbaycanın dünyanın 27 ölkəsi ilə hərbi əlaqələrinin normativ hüquqi bazasını təşkil edən saziş və memorandumlar, o cümlədən 2009-cu ildə hərbi sahədə dörd əsas sənəd imzalanıb. Hazırda daha 27 ölkə ilə analoji saziş layihələrinin imzalanması müzakirə edilir”.
Nazir çıxışının sonunda Azərbaycanın yüksək döyüş qabiliyyətinə, nizam-intizama malik ordusunun olduğunu vurğulayıb: “Silahlı Qüvvələrimizin möhkəmləndirilməsində əsas məqsəd işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, qaçqın və məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqdır”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
"Financial Times": ABŞ Britaniyadakı aviabazaya dron hücumunun qarşısını alıb
Bərdədə ər-arvad dəm qazında boğulub, biri ölüb
Azərbaycan lideri Mavritaniya Prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik edib
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib
Avropa Komissiyasının nümayəndəsi: Aİ Naxçıvan dəmir yolu üzrə texniki araşdırma aparır, bu, region üçün strateji layihədir - MÜSAHİBƏ
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib - VİDEO
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir
Dünən gecə Ukraynanın Rusiyaya ən böyük dron hücumlarından biri baş verib
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
Xaçmazda maşın ağaca çırpılıb, 26 yaşlı sürücü xilas edilib - VİDEO
“NYMEX” birjasında təbii qazın dəyəri azalıb
“Brent” markalı neft ucuzlaşıb
Ağsuda iki maşın toqquşub, bir nəfər ölüb
Polşa Baş Prokurorluğu Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzasının səbəbini açıqlayıb
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib