Bank Of Baku

Əli Əhmədov: “Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”

Əli Əhmədov: “Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”
# 24 aprel 2010 12:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ermənistan tərəfi bu məsələdə haqlı olmadığına görə Sürix protokollarının ratifikasiyası prosesini dondurub. Amma Türkiyə çox düzgün yoldadır, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını Azərbaycan torpaqlarının işğaldan azad olması şərti ilə real sayır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. O bildirib ki, Azərbaycan Türkiyənin bu mövqeyini ədalətli sayır: “Ermənistan Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, mütləq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir”.

Ə. Əhmədov onu da əlavə edib ki, ABŞ prezidenti Barak Obama “soyqırım” sözünü işlətsə, çox böyük səhvə yol verəcək: “Bu, ABŞ prezidentinin siyasətdə buraxdığı səhv kimi tarixə düşəcək. Amma inanmıram ki, ABŞ prezidentinin ifadə etdiyi hər hansı söz, kəlmə bizim bölgəmizdə vəziyyətin dəyişməsinə gətirib çıxara bilsin. Bölgədə Azərbaycana qarşı təcavüz var və dəyişilməsi tələb olunan bir reallıq varsa, o da bundan ibarətdir. Əgər Obama bu səhvə yol verəcəksə, deməli, ABŞ-ın yürütdüyü siyasətdə bu ədalətsizliyin aradan qaldırılması əksini tapmayıb. Türkiyə kimi böyük bir dövlətin siyasətinə ABŞ prezidentinin işlətdiyi bir kəlmə təsir edə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR