Bank Of Baku

Asim Mollazadə “IV Avropa-Ukrayna Forumu”nda iştirak edəcək

Asim Mollazadə “IV Avropa-Ukrayna Forumu”nda iştirak edəcək
# 26 aprel 2010 12:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə Avropa İqtisadi Forumunun dəvəti ilə “IV Avropa-Ukrayna Forumu”nda iştirak etmək üçün Kiyevə səfər edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, forumda Ukraynanın Avropa siyasətində tutduğu mövqe, Avropa Birliyinə inteqrasiya, regional layihələrdə iştirak, Avropa standartlarına uyğunlaşma, postsovet məkanı ölkələrinin Avropaya inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunacaq. A. Mollazadə Forumun “Vətəndaş cəmiyyəti demokratiya quruculuğunun bünövrəsi kimi” panelində məruzə edəcək. Foruma Ukraynanın prezidenti, baş naziri, Avropa Birliyi və keçmiş SSRİ məkanı ölkələrindən, həmçinin ABŞ-dan dövlət məmurları, siyasətçilər, işgüzar liderlər, ekspertlər qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR