Bank Of Baku

Demokratiya Uğrunda İttifaq 102 seçki dairəsi üzrə deputatlığa namizədlərin siyahısını dəqiqləşdirib

Demokratiya Uğrunda İttifaq 102 seçki dairəsi üzrə deputatlığa namizədlərin siyahısını dəqiqləşdirib
# 26 aprel 2010 12:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. İttifaqın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri müzakirə edilib və qurumun 102 seçki dairəsi üzrə namizədlərin siyahısını dəqiqləşdirilib. İttifaq üzvləri 28 aprel 1920-ci ildə Azərbaycanın işğal olunması ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda bildirilir ki, XX əsrdə ilk demokratik cümhuriyyət olan Azərbaycan milli dövləti xarici müdaxilənin, işğalçı ordunun səyi nəticəsində devrilsə də, həmin dövlətin qaldırdığı bayraq əsrin sonunda bir daha ucaldılıb. İttifaq 1920-ci il işğal aktına görə Rusiya tərəfini beynəlxalq məhkəməyə verməyə, bu prosesdə iştirak edən yerli kommunistlərin xəyanətkar addımlarına tarixi qiymət verilməsi üçün Azərbaycan hakimiyyətini konkret tədbirlər görməyə çağırıb.
Toplantıda DUİ-yə daxil olan 5 partiyanın – Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR