Bank Of Baku

Parlament seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun namizədliyini irəli sürəcəyi dairə müəyyənləşib

Parlament seçkilərində ADP sədri Sərdar Cəlaloğlunun namizədliyini irəli sürəcəyi dairə müəyyənləşib
# 26 aprel 2010 13:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı namizədlərin müəyyənləşdirilməsi prosesinə start verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin bu gün keçirilən iclasında müzakirələr nəticəsində 11 seçki dairəsi üzrə namizədlər müəyyən edilib. ADP sədri Sərdar Cəlaloğlu namizədliyini 21 saylı Nəsimi birinci seçki dairəsindən irəli sürmək qərarına gəlib.

İdarə Heyətinin iclasında Türkiyənin ATƏT-in Minsk qrupunda həmsədrliyi ilə bağlı səslənən təşəbbüslər də müzakirə edilib, ADP rəhbərliyi bu məsələnin partiya tərəfindən dəfələrlə qaldırıldığını bildirib. Bunun hətta Rusiyanın siyasi gündəmində müzakirə olunmasına diqqət çəkən toplantı iştirakçıları Azərbaycan dövlətini bu məsələyə dəstək verməyə və Türkiyənin Minsk Qrupunda təmsil olunması üçün daha ardıcıl səylər göstərməyə çağırıb. İdarə Heyəti həmçinin qeyd edib ki, Türkiyənin Minsk Qrupunda təmsil olunması adıçəkilən qurumun ermənipərəst mövqeyində tarazlıq yaradar və problemin ədalətli həllinə yardımçı olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR