Bank Of Baku

Milli Məclisin üzvü Fuad Muradov Avropa Gənclər Forumunun növbəti iclasında iştirak edib

Milli Məclisin üzvü Fuad Muradov Avropa Gənclər Forumunun növbəti iclasında iştirak edib
# 26 aprel 2010 16:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov Avropa Gənclər Forumunun növbəti iclasında iştirak edib. F. Muradov APA-ya açıqlamasında tədbirdə 50-dən artıq ölkədən 200-dən çox gənc liderin təmsil olunduğunu deyib. O bildirib ki, Brüsseldə keçirilən toplantıda hazırda Avropada 5,5 milyon gəncin işsiz olduğu, bu göstəricinin getdikcə artdığı açıqlanıb.

F. Muradov iclasda “Peşə məktəblərində təhsil”, “Gənclər təşkilatları və demokratiya”, “İqlim dəyişikliyi”, “Uşaq hüquqları”, “Qloballaşma və qlobal idarəetmə”, “Yoxsulluq”, “Media”, “Gənclər işinin inkişafı fondu”, “Beynəlxalq gənclər təşkilatlarının Balkanlarda gənclər təşkilatlarının milli şuralarının təsis olunmasında rolu” mövzularının, eləcə də təşkilati məsələlər və gələcək fəaliyyət planının ətraflı müzakirə olunduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR