Bank Of Baku

Milli Məclisdə Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq edilməsi ilə bağlı məsələnin müzakirəsi başlayıb

Milli Məclisdə Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq edilməsi ilə bağlı məsələnin müzakirəsi başlayıb
# 27 aprel 2010 09:47 (UTC +04:00)
APA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən spiker Oqtay Əsədov deyib ki, Zakir Qaralov uzun müddətdir ki, prokurorluq sistemində çalışır: “O 10 ildir ki, baş prokuror vəzifəsini icra edir. İndiyə kimi çox təqdirəlayiq fəaliyyət göstərib”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə Zakir Qaralovun baş prokuror işlədiyi müddətdə prokurorluq sistemində ciddi irəliləyişlərə nail olduğunu, son illər bu sahədə islahatların uğurla davam etdiyini deyib. Müzakirələr davam edir.

Qeyd edək ki, qanunvericiyə əsasən, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir. Artıq ikinci müddət baş prokuror kimi çalışan Z. Qaralovun isə səlahiyyət müddəti aprelin 25-də başa çatır.

Bir neçə gün əvvəl isə Azərbaycan prezidenti Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təsdiq edilməsi ilə bağlı qanun layihəsini parlamentə göndərib.

Xatırladaq ki, ötən il “Prokurorluq haqqında” qanuna dəyişiklik edilərək, sənədin 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR