Milli Məclisin iclasında deputatlar cari məsələlərlə bağlı təkliflər səsləndiriblər
Millət vəkili Yevda Abramov məsələyə münasibət bildirib. Deputat mayın 4-də İsrailə səfər edəcəyini və bu məsələ ilə bağlı narahatlığa əsas görmədiyini deyib: “Sabah qondarma soyqırımı müzakirə olunmayacaq. Sadəcə, məsələnin gündəliyə daxil edilib -edilməməsi müzakirə olunacaq”.
Spiker Oqtay Əsədov da İsrail parlamentində belə bir məsələnin müzakirəyə çıxarılmayacağına əmin olduğunu bildirib.
Deputat İqbal Ağazadə isə jurnalist Eynulla Fətullayevlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən çıxarılan qərar barədə danışıb: “Bu qərar icra olunmalıdır: “Biz bunu dəfələrlə demişdik ki, məsələnin Avropa Məhkəməsinə qədər gedib çıxmasına yol vermək olmaz”.
Millət vəkili Mübariz Qurbanlı isə məsələyə münasibət bildirərək deyib ki, Avropa Məhkəməsinin qərarını siyasiləşdirməyə ehtiyac yoxdur: “Bu yuxarı instansiya deyil. Məsələni ayrıca şişirtməyə ehtiyac yoxdur. Tək Azərbaycana qarşı deyil, bir çox ölkələrə qarşı belə qərarlar çıxarılıb. Vaxtı ilə Türkiyəyə qarşı da təzyiq xarakterli belə qərarlar qəbul olunub”.
MM sədrinin birinci müavini Ziyafət Əsgərov da məsələyə münasibət bildirib: “Adətən bizə irad tuturlar ki, sizdə məhkəmələr siyasiləşib. Hansı ölkəyə qarşı təzyiq etmək istəyirlərsə, belə bir qərar çıxarırlar. Ancaq Avropa Məhkəməsinin özü siyasiləşib. Avropa Məhkəməsinin heç bir qərarı məcburi deyil. Sadəcə, tövsiyə edilə bilər. Azərbaycan artıq bu məsələ ilə bağlı məhkəmənin Böyük Palatasına şikayət edib. İndi bu şikayətə baxılacaq və sonra Azərbaycan Ali Məhkəməsi işə baxacaq. Ali Məhkəmənin plenumunda bu qərara baxılacaq və bundan sonra hansı qərarın qəbul olunacağı müəyyənləşəcək. Biz hüquqi dövlətdə yaşayırıq. Dediyim prosedurlardan sonra məsələyə nöqtə qoyulacaq”.
Deputat Qüdrət Həsənquliyev isə ABŞ tərəfindən Azərbaycan və Türkiyəyə edilən təzyiqlər barədə danışıb. Millət vəkili deyib ki, təzyiqlərə baxmayaraq, Ermənistan-Türkiyəyə protokollarının ratifikasiyası baş tutmadı: “Biz Türkiyə tərəfinə öz təşəkkürümüzü bildiririk. Ermənistan Türkiyəyə qarşı düşmənçilik siyasətini davam etdirir. Ermənistan küçələrində Türkiyə dövlətinin və hökumətinin rəhbərlinin portretlərini yandırdılar. Biz Türkiyəyə müraciət edək ki, Türkiyə Ermənistanla hava əlaqələrini də kəssin. Biz də qazın satışında Türkiyəyə müəyyən güzəştlər edə bilərik. Bundan başqa, Ermənistanda fəaliyyət göstərən beynəlxalq şirkətlər Azərbaycanda fəaliyyət göstərə bilməməlidirlər. Bununla bağlı qanun qəbul etməliyik”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb