Milli Məclis Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq edilməsi ilə bağlı qanun layihəsini qəbul edib
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə Zakir Qaralovun baş prokuror işlədiyi müddətdə prokurorluq sistemində ciddi irəliləyişlərə nail olduğunu, son illər bu sahədə islahatların uğurla davam etdiyini deyib.
Deputat Azay Quliyev deyib ki, Zakir Qaralov baş prokuror olduğu müddətdə ona göstərilən etimadı doğruldub, layiqli fəaliyyət göstərib: “Zakir Qaralovun bundan sonra da uğurlu fəaliyyət göstərəcəyinə əminik”.
Spiker Oqtay Əsədov bildirib ki, Zakir Qaralovun bu vəzifəyə təyinatı ən gözəl təqdimatlardan biridir.
Müzakirələrdən sonra Zakir Qaralov yenidən Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiqlənib. Deputatlardan 103 nəfər təyinatın lehinə, 6 nəfər isə əleyhinə səs verib.
Qeyd edək ki, qanunvericiyə əsasən, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir. Artıq ikinci müddət baş prokuror kimi çalışan Z. Qaralovun isə səlahiyyət müddəti aprelin 25-də başa çatır.
Bir neçə gün əvvəl isə Azərbaycan prezidenti Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təsdiq edilməsi ilə bağlı qanun layihəsini parlamentə göndərib.
Xatırladaq ki, ötən il “Prokurorluq haqqında” qanuna dəyişiklik edilərək, sənədin 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılıb.
Dosye. Zakir Bəkir oğlu Qaralov 1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi şəhərində anadan olub. 1973-cü ildə əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini bitirdikdən sonra prokurorluq orqanlarında işə qəbul edilməklə, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, Respublika Prokurorluğunda şöbə prokuroru və böyük prokuror, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini və həmin rayonun prokuroru vəzifələrində çalışıb. 1991-1995-ci illərdə Respublika Prokurorluğunda məsul vəzifələrdə çalışan Z.B.Qaralov 1995-ci ildə Bakı şəhəri Sabunçu rayon prokuroru təyin edilib, həmin vəzifədə Baş ədliyyə müşaviri xüsusi rütbəsinə layiq görülüb. Z. Qaralov 1998-ci ildə Gəncə şəhər prokuroru vəzifəsinə təyin edilib. Heydər Əliyevin 26 aprel 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib, III dərəcəli dövlət ədliyyə müşaviri rütbəsinə layiq görülüb. Dövlət başçısı İlham Əliyev tərəfindən Z. Qaralov 26 aprel 2005-ci il tarixdə ikinci konstitusiya müddətinə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb